"Sumqayıt" Misli Premyer Liqasının ikinci yarısının hazırlığını Türkiyədə davam etdirir.
Sportal.az xəbər verir ki, "kimyaçılar" təlim-məşq toplanışını Antalya şəhərində keçir.
Qeyd edək ki, "Sumqayıt" qardaş ölkədə iki yoxlama oyunu keçirib. Saşa İliçin rəhbərlik etdiyi kollektiv Macarıstanın "Pakş" klubuna 1:5, Serbiya təmsilçisi OFK-yə isə 1:4 hesabı ilə uduzub. Komanda sonuncu matçını "Osiyek"ə (Xorvatiya) qarşı keçirəcək.
saytlarin hazirlanmasi
