"Turan Tovuz" İngiltərə klubunda oynamış forvardı baxışa dəvət etdi - Berdiyev qərar verəcək

10:34 - 18 Yanvar 2026

Mövsümün ikinci hissəsinin hazırlıqlarını Türkiyədə davam etdirən "Turan Tovuz" daha bir futbolçunu baxışa dəvət edib.

Sportal.az saytına verilən məlumata görə, bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdiyev Coş Ginnellini sınaqdan keçirir. 

Ötən mövsümü İngiltərə Çempionşipdə mübarizə aparan “Suonsi”də keçirmiş 28 yaşlı ingilis Berdiyevin etimadını qazanmağa çalışacaq.

O, həm sağ, həm də sol vinger kimi, üstəlik mərkəz hücumçusu mövqeyində də oynamağı bacarır. 

Coş karyerası ərzində “Uolsoll”, “Linkoln”, “Preston”, “Bristol Rovers”, “Harts” kimi komandalarda oynayıb. Onunla müqavilə imzalanıb-imzalanmayacağı Berdiyevin verəcəyi qərardan asılı olacaq.

Mirbağırağa

Xəbər xətti