“Real” və “Çelsi”nin sabiq yarımmüdafiəçisi Eden Azar 2022-ci ildə Çempionlar Liqasını qazanmağı xatırlayıb.
Sportal.az xəbər verir ki, Azar öz açıqlamasında bunları qeyd edib:
“Bu, gözəl bir hissdir, çünki sən izləyicilər üçün və trofeylər uğrunda oynayırsan. Çempionlar Liqası qazanıla biləcək ən yaxşı trofeylərdən biridir. Hətta az oynasam da, sadəcə olaraq belə çox qələbələr qazanan bir klubda olmaq və bu qədər böyük oyunçularla oynamaq inanılmaz idi.
Premyer Liqanı qazanmaq da çox çətindir, elə Çempionlar Liqası və ya dünya çempionatı kimi. Bu, xüsusi bir turnirdir, çünki qalib olmaq üçün çoxlu komandalar mübarizə aparır."
saytlarin hazirlanmasi
