"Qarabağ"ın legioneri Türkiyə klubuna icarəyə verilə bilər

14:49 - 17 Fevral 2026

"Qarabağ"ın futbolçusu Kris Kuaku mövsümün sonunda komandadan ayrıla bilər.

Sportal.az saytına verilən məlumata görə, Ağdam klubu yarımmüdafiəçisini Türkiyə I Liqasında yarışan klublardan birinə icarəyə verə bilər.

Fil dişi sahilindən olan futbolçunun yayda onunla maraqlanan klublardan birinə icarəyə göndəriləcəyi gözlənilir.

Kuakunun “Qarabağ”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

O, 2025-ci ildən Ağdam klubunda oynayır. Bundan əvvəl isə Kris “Sfaksen”, “Midtyülland”, “Mafra” komandalarında çıxış etmişdi.
 

Xəbər xətti