"İndependyente"nin müdafiəçisi Kevin Lomonako karyerası Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Fənərbaxça" argentinalı futbolçunu transfer etmək istəyir. Bu barədə "El Crack" məlumat yayıb.
Lomonako İstanbul nəhənginin təklifini qəbul edib. "Fənərbaxça" 24 yaşlı mərkəz müdafiəçisini heyətinə qatmaq üçün onun klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Kevin Lomonako 2025-ci ilin yayından "İndependyente"də çıxış edir. Argentina millisinin üzvü bu mövsüm "qırmızılar"ın heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi
