"Sumqayıt”ın müdafiəçisi Keffel Resende mövsümün qalan hissəsini buraxmaq riski ilə üzləşib.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu Misli Premyer Liqasının 30-cu turunda "Kəpəz"ə qarşı keçirilmiş matçda (1:2) zədələnib və 11-ci dəqiqədə əvəzlənib.
Onun sağalması ən azı bir həftə çəkəcək. Keffelin sonradan komandaya qoşulması və meydanlara isə nə vaxt qayıtması sual altındadır.
Futbolçu böyük ehtimalla mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək.
