"Sabah" aparıcı futbolçularından birinin də keçidini həll edib.
Sportal.az xəbər verir ki, Timoteuş Puxaç yeni mövsümə də "Sabah"da başlayacaq.
Belə ki, Azərbaycan çempionu komandada icarə əsasında çıxış edən polyakın transfer hüququnu alacaq.
Bu haqda Puxaç özü ölkəsinin mətbuatına açıqlamasında bildirib.
O, növbəti mövsümü də "Sabah"da keçirəcəyini açıqlayıb.
Puxaç müqavilə ilə “Holştayn Kil”ə məxsusdur.
saytlarin hazirlanmasi
