İspana təklif gəldi, “Qarabağ” buraxmadı – Qurban Qurbanov ayrılmasını istəmədi

12:33 - 12 İyun 2026

"Qarabağ"ın futbolçusu Joni Montielin komandadan ayrılmayacağı dəqiqləşib.

İspan futbolçu yeni mövsümə də Ağdam klubunda başlayacaq.

Məsələ burasındadır ki, onun Azərbaycanı tərk etmək üçün yetərincə təklifləri var.

Sportal.az saytına verilən məlumata görə, Joni Montiel üçün "Qarabağ"a çoxlu sayda təklif gəlib.

Bir neçə gün əvvəl klub ispan üçün növbəti təklifi alıb. Amma "Qarabağ" onu buraxmayacağını qarşı tərəfə bildirib.

Qurban Qurbanov Montielə etimad göstərdiyi və yeni qurulacaq heyətdə həlledici oyunçulardan biri kimi gördüyündən onun gedişinə razı olmayıb. 

27 yaşlı futbolçu 2025-ci il avqust ayından “Qarabağ”da çıxış edir. Onun müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Klub onun müqavilə müddətini 2 illik artırmaq haqqına sahibdir.

Xəbər xətti