"Qarabağ"ın yeni transferi Cebrail Makreçsi bir çox klubun təklifindən imtina edib.
Sportal.az xəbər verir ki, latviyalı müdafiəçi Ağdam klubuna keçməkdən ötrü xüsusən Türkiyə komandalarının dəvətini geri çevirib.
Onu israrla heyətinə qatmaq istəyən klublar “Beşiktaş” və “Samsunspor” olub. Hətta “Samsunspor” rəsmiləri Cebraillə görüşüb və ona cəlbedici təklif edib.
Lakin o, gələcək karyerasını “Qarabağ”da gördüyü üçün digər təkliflərdən imtina edərək, Azərbaycana gəlməyə razılıq verib.
