"Qarabağ" Kabo-Verde millisinin forvardı ilə maraqlanır - iddia

10:49 - 11 İyul 2026

"Qarabağ" "Akron"un forvardı Gilson Benşimolla maraqlanır. 

Sportal.az xəbər verir ki, bu barədə “Zona Russa” məlumat yayıb.

Mənbənin iddiasına görə, Ağdam klubu Rusiyada oynayan 24 yaşlı hücumçunun keçidini reallaşdırmaq istəyir.

Kabo-Verde millisinin üzvü "Qarabağ" transfer siyahısındadır. 

Qeyd edək ki, Benşimol ötən mövsüm “Akron”un heyətində bütün turnirlərdə 24 oyuna çıxıb və 10 qol vurub. 

Onun “Akron”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Gilson “Eştoril”, “Benfika B” klublarında da oynayıb.

Xəbər xətti