"Fənərbaxça"nın yarımmüdafiəçisi Fred karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, adı açıqlanmayan klub braziliyalı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
Ərəblər Fred üçün 4 milyon avroluq təklif göndərib. Türkiyə klubu bu təklifi qəbul etməyib. İstanbul təmsilçisi 33 yaşlı oyunçunu yeni mövsümdə komandada saxlamağı planlaşdırır.
Qeyd edək ki, fFred 2025/206 mövsümündə "Fənərbaxça"nın heyətində bütün turnirlərdə meydana çıxdığı 45 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
