"Qarabağ"dan ayrılan Mateuş Koxalski sosial şəbəkə hesabında paylaşım edib.
Sportal.az xəbər verir ki, polşalı qapıçı Azərbaycandan xoş xatirələrlə ayrıldığını bildirib:
“Qarabağ” mənə xaricdə ilk macəramı yaşamaq fürsəti verdi. Buraya Polşadan nisbətən tanınmayan bir qapıçı kimi gəldim, indi isə uşaqlıq arzum olan Çempionlar Liqasında oynamaq arzusunu gerçəkləşdirmiş və Azərbaycan çempionu titulunu qazanmış biri kimi ayrılıram.
Mənə göstərilən etimada və inkişaf etmək üçün yaradılan imkanlara görə kluba, nəticədən və meydandakı çıxışımdan asılı olmayaraq hər zaman yanımda olan azarkeşlərə təşəkkür edirəm. Çempionluğu birlikdə qeyd etdiyimiz anları heç vaxt unutmayacağam.
İndi isə yeni bir çağırışın vaxtıdır. Buradan əvəzsiz təcrübə və ömür boyu mənimlə qalacaq xatirələrlə ayrılıram.
Hər şey üçün təşəkkür edirəm, Qarabağ!"
Qeyd edək ki, Mateuş Koxalski ölkəsinin "Veçista" klubu ilə 3 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi
