"Qarabağ"ın rəqibi Bakıya 22 futbolçu ilə gəldi

11:35 - 17 İyul 2013

Siyahıda tanınmış futbolçular var

 

Avroliqanın II təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubu ilə qarşılaşacaq Polşanın “Pyast” klubu Bakıya gəlib.

 

Sportal.az xəbər verir ki, viza problemi ilə üzləşən Qlivitsa təmsilçisi ölkəmizə iyulun 15-də gəlmək istəsə də, onlar yalnız bu səhər paytaxta çatıb. Bakı vaxtı ilə 23:45-də Polşanı tərk edən “Pyast” təxminən 3 saat yarımlıq uçuşdan sonra Bakıya yetişib. Polşalıların baş məşqçisi Marçin Broş iyulun 18-dəki ilk matça 22 futbolçu gətirib. 

 

Qapıçılar: Yakob Şmatula, Ceyms Şumski 

 

Müdafiəçilər: Çaba Horvat, Yan Polak, Adrian Klepçinski, Lyuk Vladislava, Damian Zbozyen, Metyu Matras

 

Yarımmüfadiəçilər: Mariuş Zqanyaç, Patrik Ditko, Radoslav Muravski, Kamil Vilçek, Pavol Çiçman, Tomas Podqorski, Matey İzvolt, Lukaş Hanzel, Bartoş Şeliqa, Artis Lazdinş Pavel Lisovski.

 

Hücumçular: Marçin Robak, Tomas Doçekal, Ruben Fernandes Xurado 

Xəbər xətti