"Növbəti oyun "Neftçi" üçün çətin olacaq"
"Çətin oyun oldu. Xüsusilə də birinci hissə çox çətin keçdi. Bu gün (ötən gün) öz meydanımızda qalib gəldik, amma bu hər şey demək deyil. Səfərdə bizi çətin oyun gözləyir. Çalışacağıq ki, əlimizdən gələni edib Polşadan sərfəli nəticə ilə qayıdaq".
Bu sözləri "Piast"la oyundan sonra "Qarabağ"ın müdafiəçisi Admir Teli Sportal.az-a açıqlamasında deyib. Evdə qalib gəlsək də, səfər də çətin oyun keçəcəyini deyən albaniyalı futbolçu sözlərinə belə davam edib
"Mən "Neftçi" - "Skenderbeu" oyundan əvvəl də demişdim bu matç çətin keçəcək. Hamı elə bilir ki, albaniya klublarının səviyyəsi aşağıdır. Amma bu əslində belə deyil. Bunu "Skenderbeu"nun timsalında da gördük. Hesab edirəm ki, növbəti oyun "Neftçi" üçün çətin olacaq".
saytlarin hazirlanmasi