Vüqar Nadirov: "Cavab matçında işimiz çox çətin olacaq"

03:11 - 19 İyul 2013

"Onlar evdə daha yaxşı oynayırlar"

 

“Oyunun əvvəlində rəqibdə hər şey çox yaxşı alındı. Təəssüf ki, 2:0 hesabıyla qalib gəlmək mümkün olmadı".

 

Bu sözləri "Piast"la oyundan (2:1) sonra "Qarabağ"ın futbolçusu Vüqar Nadirov Sportal.az-a açıqlamasında deyib. Qalib gəlmələrinə baxmayaraq, bir qol buraxdıqları üçün təəssüflənən təcrübəli hücumçu sözlərinə belə davam edib:

 
"Artıq cavab matçında işimiz çox çətin olacaq. Çünki onlar evdə daha yaxşı oynayırlar. Biz isə hələlik yaratdığımız qol vəziyyətlərindən istədiyimiz kimi yararlana bilmirik. Amma Polşada daha aqressiv oynayacağıq”.

Xəbər xətti