"Qarabağ"ın Polşaya gedəcəyi vaxt müəyyənləşdi

01:41 - 20 İyul 2013

Təmsilçimiz növbəti oyuna çıxır

 

“Qarabağ” Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşanın “Piast” klubu ilə cavab oyunu öncəsi bu ölkəyə səfər vaxtını müəyyənləşdirib.
 
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Polşaya oyundan bir gün öncə - iyulun 24-də yola düşəcək. Elə həmin gün komandamız Qlivitsada – oyunun keçiriləcəyi “Piast” stadionunda son məşqə çıxacaq. Həmçinin baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilmiş oyunda Ağdam klubu 2:1 hesabıyla qalib gəlib. Cavab görüşü isə iyulun 25-də səfərdə keçiriləcək və Bakı vaxtı ilə 20:30-da start götürəcək.

Xəbər xətti