"Qarabağ" Polşaya yollandı

11:21 - 24 İyul 2013

Komanda bu gün sonuncu məşqinə çıxacaq
 
Avroliqanın II təsnifat mərhələsində qarşılaşacağı "Pyast"la oyunöncəsi dünən saat 19:30-da Respublika stadionunda sonuncu məşqinə çıxan "Qarabağ" Polşaya yollanıb.
 
Sportal.az xəbər verir ki, Bakıdakı hazırlıqlarını tamamlayan komanda bu gün səhər birbaşa Polşanın Katovitse şəhərinə yollanıb. "Qarabağ" ordan 30 km aralıda yerləşən Glivitse şəhərinə gedəcək. Ağdam klubu yerli vaxtla 17:30-da (Bakı vaxtıyla 20:30-da) oyunun keçiriləcəyi stadionda sonuncu məşqinə çıxacaq. 
 
Qeyd edək ki, cütün revanş qarşılaşması İyulun 25-də saat 20:30-da keçiriləcək. İlk oyunda "Qarabağ" 2:1 hesabı ilə qalib gəlib. 

Xəbər xətti