Qurban Qurbanov: "İndi top buraxmamalı və qol vurmağa çalışmalıyıq"

00:29 - 25 İyul 2013

"Piast" Azərbaycan çempionatında medallar uğrunda yarışa bilər"

 

“Güclü və iddialı “Piast” klubuna qarşı oynayacağıq. Əlimizdən gələni edəcəyik ki, “Piast” səddini keçək”.
 
Sportal.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avroliqanın II təsnifat mərhələsində Polşanın “Piast” klubu ilə keçiriləcək cavab oyunu üçün təşkil olunmuş mətbuat konfransında deyib. Bu mərhələni keçmək üçün əllərindən gələni edəcəkləri deyən təcrübəli mütəxəssis fikrini belə izah edib:
 
“Kimisə xüsusi qeyd etmək istəmirəm. Rəqibin yaxşı futbolçuları var. “Piast” bütövlükdə komanda oyunu sərgiləyir. Azərbaycan çempionatında medallar uğrunda yarışa bilər. İlk oyundan sonra üstünlük bizim tərəfimizdədi. Amma indi top buraxmamalı və qol vurmağa çalışmalıyıq. Ümumiyyətlə isə şanslar 50-50-yədir. Biz öz oyunumuzdan imtina etməyəcəyik. Eyni zamanda meydanın mərkəzində üstünlüyə malik olan komandanın növbəti mərhələyə keçəcəyi ilə də razı deyiləm”.  (Azerisport.com)

Xəbər xətti