Polşada təxribata əl atdılar
Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Piast” - “Qarabağ” matçında Polşa klubunun azarkeşləri təxribata əl atıblar.
Sportal.az xəbər verir ki, onlar stadionda tanınmayan “Dağlıq Qarabağ Respublikası”nın bayrağını açıblar.
Lakin meydan sahiblərinin ikinci qolundan sonra sözügedən bayraq yığışdırılıb.
“Qarabağ” isə bununla bağlı UEFA-ya şikayət ünvanlayacaq. Qitə futbol qurumu bununla bağlı “Piast”ı cəzalandıra bilər.
saytlarin hazirlanmasi