Nodar Məmmədov yeni klubda
	 
	Azərbaycan Premyer Liqasının V turunda “Rəvan”la qarşılaşacaq “Sumqayıt” növbəti transferini həyata keçirib. 
	 
	Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi məhz “Rəvan”dan qovulan Nodar Məmmədovu heyətinə qatıb. 25 yaşlı futbolçu “Sumqayıt”la 2 illik müqavilə imzalayıb.
	
	Karyerası ərzində “Rəvan”dan öncə “Şahdağ”, “Qarabağ”, MOİK, “Muğan” və “Qəbələ”də çıxış etmiş Nodar 4 dəfə millimizin formasını geyinib. 
                      
saytlarin hazirlanmasi