Matçda 6 qol vuruldu
	 
	Premyer Liqanın 2014/2015 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. 
	 
	Sportal.az xəbər verir ki, Aqil Məmmədovun komandası doğma meydanda 1-ci liqa təmsilçisi "Neftçala"nı 5:1 hesabı ilə məğlubiyyətə uğradıb. "Sumqayıt"ın qollarını Tofiq Mikayılov (2), Məhəmməd Qurbanov (2) və Bəxtiyar Həsənalızadə vurub.
	
	Qeyd edək ki, "Sumqayıt" FK növbəti yoxlama oyununu iyulun 12-də "Rəvan"a qarşı keçirəcək. 
                      
saytlarin hazirlanmasi