"Kimyaçılar"ın daha iki rəqibi məlum oldu
	 
	Xəbər verdiyimiz kimi, Premyer Liqanın 2014/2015 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyənin Kartepe bölgəsində keçirəcək. 
	 
	Sportal.az xəbər verir ki, qonşu ölkədə 5 yoxlama oyunu keçirəcək Aqil Məmmədovun komandasının daha iki rəqibi müəyyənləşib. Belə ki, komanda iyulun 23-də Türkiyə 1-ci liqa təmsilçisi "Manisaspor", 25-də isə Türkmənistan klubu "Altın Asır"la qarşılaşacaq. 
                      
saytlarin hazirlanmasi