Qol duellosunda "Persepolis" qalib gəldi
	 
	Türkiyədə hazırlıq keçən “Sumqayıt” ilk yoxlama oyununu keçirib.
	 
	Sportal.az xəbər verir ki, "kimyaçılar” İranın “Persepolis” klubu ilə gücünü sınayıb. İranın gümüş mükafatçısı Aqil Məmmədovun yetirmələrini 3:2 hesabı ilə məğlub edib. “Sumqayıt”dan qolları Tofiq Mikayılov və Məhəmməd Qurbanov vurub.
	
	Qeyd edək ki, “Sumqayıt” növbəti yoxlama oyununu Özbəkistan çempionu “Bunyodkor”a qarşı keçirəcək. Bu qarşılaşma iyulun 20-də baş tutacaq.
                      
saytlarin hazirlanmasi