"Bunu müzakirə etməyə belə dəyməz"
“Qarbağ”ın baş məşqçisi Qurban Qurbanov Avroliqanın qrup mərhələsinin püşkünü dəyərləndirib.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis klubun rəsmi saytına verdiyi açıqlamada bunları deyib: “Təbii ki, püşkdə istənilən rəqiblə qarşılaşa biləcəymizi gözləyirdik. Maraqlı qarşılaşmalar olacaq. “İnter”in dünya futbolunda mövqeyi bəllidi. Bunu müzakirə etməyə belə dəyməz. “Sent Etyen” Fransanın ən titullu komandasıdı. Cari mövsümə də olduqca yaxşı başlayıblar. “Dnepr” isə ötən mövsüm ən yaxşı dönəmini keçirib. Hazırda da çempionatda xal itirməyiblər. Bizim üçün yaxşı təcrübə olacaq. Azarkeşlərimiz və futbol camiəsi üçün keçirəyəcəyimiz qarşılaşmalar yaddaqalan olacaq”.
saytlarin hazirlanmasi