"Qarabağ"ın Avroliqadakı matçlarının başlama saatı dəyişə bilər

00:05 - 31 Avqust 2014

Ağdam təmsilçisi UEFA-ya müraciət etdi
 
Dünən "Qarabağ"ın Avroliqanın qrup mərhələsində oynayacağı oyunların başlama saatı UEFa-nın rəsmi saytında təqdim olunmuşdu.
 
Sportal.az xəbər verir ki, "Qarabağ"ın bütün ev oyunlarını saat 22:00-da oynanılacağı göstərilsə də, bu tam dəqiqləşməyb. Bu barədə klubun meneceri Asif Əsgərov məlumat verib.
 
Belə ki, "Qarabağ" hazırda oyunların 1 saat daha erkən keçirilməsi üçün çalışır. və UEFA-ya rəsmi müraciət göndərib. Yaxın günlərdə bu məsələyə rəsmi cavab gələcək.
 

Xəbər xətti