"Dnepr" yoxlama oyunu keçirib
Ukrayna Premyer Liqasında yaranmış fasilədən istifadə edən Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Dnepr” bu gün yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, Zaporojyenin “Mettallurq” komandasıyla qarşılaşan Dnepropetrovsk təmsilçisi 0:2 hesabı ilə uduzub.
Hazırda “Dnepr” Ukrayna çempionatında ikinci, “Metallurq” isə altıncı yeri tutur.
saytlarin hazirlanmasi