"Sent-Etyen"in baş məşqçisi danışdı: "Qrupdan çıxmaq üçün yaxşı şansımız var"

14:35 - 12 Sentyabr 2014

"Qarabağ" bu rəqibi gözləyir
 
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Sent Etyen" klubunun baş məşqçisi Kristof Qaltye Fransa mətbuatına müsahibə verib.
 
Sportal.az-ın məlumatına görə,  qrup mərhələsindəki şanslarını dəyərləndirən mütəxəssis  komandasına güvəndiyini deyib:
 
"Bizim qrup mərhələsindən çıxmaq üçün yaxşı şansımız var. Əgər belə olmasaydı, azarkeşlərimizə bildirərdim ki, oyunumuza bilet almasınlar. Azarkeşlərin bizi dəstəkləyəcəyinə inanıram. Çünki "Karabükspor"la görüşdə onlar  baxımlı oyunumuzun şahidi oldular.  Futbolçularıma güvənirəm.  Avropa Liqasında mümkün qədər irəliləmək istəyirik. Avropa Liqası bizim üçün Çempionlar Liqasıdır".
 
Qeyd edək ki, "Sent Etyen" ilk oyununu sentyabrın 18-də, Bakıda "Qarabağ"a qarşı keçirəcək.

Xəbər xətti