"Qarabağ"dan qadınlara jest

16:39 - 15 Sentyabr 2014

Xanım media nümayəndələri üçün xüsusi sektor

 

“Qarabağ"  futbol klubu xanımlara böyük jest edib.


Sportal.az xəbər verir ki, “Qarabağ” – “Sent Etyen” matçında qadın media nümayəndələri üçün sektor olacaq. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov öz facebook səhifəsində bu barədə məlumat verib:

 

” Qadın azarkeşlərinin marağını nəzərə alaraq yenilik etmək qərarına gəldik. Belə ki, 34-cü sektor (media sektorunun altı) sırf zərif cinsin nümayəndələri üçün ayrılıb. Xanım media mənsubları 34-cü sektora dəvətnamə əldə etmək üçün tərəfimizə müraciət etməsi xahiş olunur."

Xəbər xətti