İbrahim Şehiç: " Mənim sevgilim var və başqalarına baxmaq istəmirəm"

14:34 - 24 Sentyabr 2014

"Qarabağ"ın qapıçısından açıqlama

 

Bosniyalı qapıçı ölkəsinin mətbuatına maraqlı açıqlamalar verib.

 

Sportal.az həmin müsahibəni sizə təqdim edir.

 

- Azərbaycana gedişiniz necə reallaşdı?

- Mən Polşadan da transfer təklifi almışdım. Artıq müqavilə bağlamaq üzrəydim. Lakin elə həmin vaxt “Qarabağ”dan da təklif aldım. Açığı, ilk baxışdan təklif olunan şərtlərin təmin olunacağına inanmadım. Çünki Azərbaycan mənə tanış olmayan bir ölkə idi. Nəhayət razılaşdım və Bakıya getməyə qərar verdim. Seçimimdə də səhv etməmişəm. Biz baxımlı futbol oynayırıq. Çempionatda ən çox qol vuran və ən az qol buraxan ilk klub olduq. Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla klub tarixində ilkə imza atdıq. “Zalsburq”la yaddaqalan matçlarımız oldu. “Tvente” qarşısında bizə heç kim şans tanımasa da, biz inandıq və mərhələ adladıq.
 

- “Qarabağ” Avropa Liqasında nəyə ümid edir?

- Biz İtaliyada və avrokuboklarda çempionluqlar yaşamış “İnter” kimi nəhəng kluba qarşı oynayacağıq. Bundan gözəl mükafat ola bilməz. İlk matçda “Sent-Etyen”lə bərabərə (0:0) qaldıq. Amma qələbə də qazana bilərdik. Buna baxmayaraq, məyus olmadıq. İndi həzz almaq üçün Milana getmək vaxtıdı. Yaxşı komanda olduğumuzu göstərmək istəyirik.

- Azərbaycanda yaşayış necədi?

- Bakı böyük şəhərdi. Xarici investorlar şəhərə investisya qoyur və neft, qaz resurslarından istifadə edir. Amma ölkənin digər şəhərləri inkişaf cəhətdən Bakıdan geridə qalır. Oradakı insanlar əsasən kənt təsərrüfatı ilə məşğul olur.

- Bakıda ən çox kimin üçün darıxırsız?

- Burada da dostlarım var. Artıq Bakıdakı həyata öyrəşmişəm. Amma hər gün də Sarayevaya gəlib, dostlarımı və ailəmi görmək istəyirəm.

- Oranın mətbəxi necədi? Ən çox nə yeyirsiz?

- Yerli mətbəxin özünəməxsusluğu var və Türkiyədəkinə oxşayır. Burada Mersindəki kimiyəm, uyğunlaşmaqda heç bir problem yaşamadım. Onu da qeyd edim ki, Bakı beynəlxalq şəhərdi. Orada Fransa və İtaliya yeməkləri də tapmaq olur. Balkan yeməkləri hazırlayan bir yer də tanıyıram. Amma oradakı küftələr Sarayevadakı kimi yaxşı deyil. Mən daha çox faydalı və sağlam yeməklərə üstünlük verirəm.

Xəbər xətti