UEFA-dan cəza
UEFA "Qarabağ"ın Avropa Liqasındakı rəqibini cəzalandırıb.
Sportal.az xəbər verir ki, klubun cəza almasına səbəb isə "Dnepr" - "Kopenhagen" matçında azarkeşlərin xuliqanlıq etməsi olub.
UEFA "Dnepr" klubuna 50 min avro pul cəzası kəsməklə yanaşı, komandanı şərti olaraq iki il avrokuboklardan kənarlaşdırıb. Bu hallar bir daha təkrarlanacağı təqdirdə UEFA-nın qərarı qüvvəyə minəcək. "Dnepr" eyni zamanda Avropa Liqasının qrup mərhələsinin növbəti oyununu azarkeşlərsiz keçirməli olacaq.
Qeyd edək ki azarkeşlərsiz oynanacaq "Dnepr" - "Qarabağ" matçı oktyabrın 23-də baş tutacaq.
saytlarin hazirlanmasi