"İnter" aparıcı futbolçusunu itirib
“Qarabağ”ın Avroliqadakı rəqibi "İnter"in hücumçusu Mauro İkardi sıradan çıxıb.
Sportal.az xəbər verir ki, futbolçu bir müddət yaşıl meydanlardan uzaq qalacaq. O, "Atalanta" ilə görüşdə zədələnib. Baş məşqçisi Valter Matsari "Kalyari" və "Qarabağ"la oyunlarda forvardı meydana buraxmayacaq.
Mütəxəssis İkardinin xidmətindən gələn həftə sonu "Fiorentina"yla qarşılaşmada yararlana bilər.
Qeyd edək ki, "Qarabağ" oktyabrın 2-də İtaliyada "İnter"in qonağı olacaq.