"Avroliqa" həyəcanı
“Qarabağ” bu gün İtaliyanın Milan şəhərinə yola düşür.
Sportal.az xəbər verir ki, 12:00 radələrində uçuşu planlaşlaşdırılan komanda və jurnalistlər heyəti Gürcüstandan gələn təyyarə ilə birbaşa Milana uçacaq.
“Qarabağ”ı Heydər Əliyev adına Hava Limanında çoxsaylı azarkeş qrupu qarşılayıb. Komandanı “İmarət” fanklubu təyyarəyə böyük coşqu və alqışlarla yola salıb.
Qeyd edək ki, “Qarabağ” Avroliqanın qrup mərhələsinin II turu çərçivəsində oktyabrın 2-də İtaliyanın “İnter” klubu ilə qarşılaşacaq. Cüzeppe Meatsa adına stadionda keçiriləcək matç Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.
saytlarin hazirlanmasi