"Qarabağ"ın qapıçısı: "Gəlin, matçdan zövq almağa çalışaq"

22:25 - 29 Sentyabr 2014

İbrahim Şehiçdən açıqlama

 

"Avropa Liqası"nın qrup mərhələsində səfərdə "İnter"in qonağı olacaq "Qarabağ"ın qapıçısı İbrahim Şehiç qarşıdakı oyunla bağlı fikirlərini bölüşüb.

 

Sportal.az qol.az saytına istinadən xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan bosniyalı qolkiper Milanda "Qarabağ"ın hörmətə layiq komanda olduğunu göstərməyə çalışacaqlarını bildirib:

 

"İtaliyanın əsas komandalarından birinə qarşı necə oynayacağımızı heç kəs bilmir. Gəlin, matçdan zövq almağa çalışaq. Ən əsası da biz güclü və hörmətə layiq komanda olduğumuzu göstərəcəyik".

 

 

Qeyd edək ki, "İnter" - "Qarabağ" oyunu oktyabrın 2-də, İtaliyada keçiriləcək. Oyun Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq. 

Xəbər xətti