Futbolçu olimpiya millimizin kapitanı olacaq
21 yaşadək futbolçulardan ibarət yığma komandamızın yeni kapitanı müəyyənləşib.
Sportal.az xəbər verir ki, bundan sonra olimpiya millimizin kapitan sarğısını Namiq Ələsgərov daşıyacaq. Məşqçilər heyəti “Qarabağ”ın yarımmüdafiəçisinin bu işin öhdəsindən gələcəyini düşünərək, sarğını ona həvalə ediblər.
Qeyd edək ki, son seçmə mərhələdə U-21 kapitanları Mirhüseyn Seyidov və Tərlan Quliyev idi.
Mənbə: Lent.az
saytlarin hazirlanmasi