"Qarabağ" Aqolinin durumunu açıqladı

16:40 - 15 Oktyabr 2014

Müdafiəçi bu axşam Bakıya qayıdacaq

 

"Qarabağ"ın futbolçusu Ansi Aqoli Albaniya yığmasının Serbiya ilə AVRO-2016-nın seçmə qrup matçı zamanı baş verən olaylarla heç bir xəsarət almayıb.

Sportal.az xəbər verir ki, klubdan Sportnet.az-a verilən məlumata görə, 32 yaşlı müdafiəçi Bakıya bu axşam qayıdacaq.

Aqolli "Qarabağ"la əlaqə saxlayaraq, yarımçıq qalan oyunun ardından Tiranaya qayıtdıqlarını və hər şeyin qaydasında olduğunu bildirib.

Qeyd edək ki, Belqraddakı "Partizan" stadionunda keçirilən matçın 41-ci dəqiqəsində pilostsuz təyyarə ilə arena üzərində "Böyük Albaniya" bayrağı dalğalanmağa başlayıb. Serbiyalı futbolçu Stefan Mitroviç bayrağı qopararaq, yerə tullamaq istərkən, albaniyalı futbolçularla onun arasında toqquşma yaşanıb. Olaya serbiyalı fanatların da müdaxiləsi ilə meydanda kütləvi dava törədilib. İngiltərəli baş hakim Martin Atkinson oyunu dayandıraraq, komandaları paltardəyişmə otağına göndərib.

Xəbər xətti