Matça hazırlıqlar davam edir
Premyer Liqanın VIII turunda “Qəbələ”ni məğlub edən (2:0) “Qarabağ” bir günlük istirahətdən sonra hazırlıqlara başlayıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Avroliqanın qrup mərhələsinin III turunda Ukraynada “Dnepr”in qonağı olacaq Ağdam təmsilçisi gündə 1 çalışmayla oyuna hazırlaşır.
Artıq komandanın hazırlıq planı da məlumdu. Qurban Qurbanovun yetirmələri bugün və sabah da Bakıda məşqə çıxacaq. Oktyabrın 22-də isə “Qarabağ” oyunun keçiriləcəyi Kiyevə yollanacaq.
Qeyd edək ki, “Dnepr” – “Qarabağ” oyunu Ukraynanın paytaxtındakı Olimpiya stadionunda keçiriləcək. Matç oktyabrın 23-də saat 00:05-də baş tutacaq.
saytlarin hazirlanmasi