"Əlbəttə, mərhələ keçmək istəyərdik"
“Bizi qarşıda “Dinamo”, “Şaxtyor” və “Volın”la görüşlər, həmçinin Avropa Liqasının həlledici oyunları gözləyir. Çox gözəl başa düşürük ki, bu, heç də asan qrafik deyil”. Bu sözləri “Dnepr” klubunun baş məşqçisi Miron Markeviç deyib.
Avroliqanın qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Dnepropetrovsk təmsilçisinin çalışdırıcısı bildirib ki, qitə miqyaslı turnir rəhbərlik etdiyi komanda üçün ikinci plandadı. Əsas məqsəd Ukrayna çempionatında yaxşı çıxış etməkdi: “Hazırlıq planında dəyişiklik etmək niyyətində deyilik. Belə də oynamalı olacağıq. Harasa qaçan deyilik və rəqiblərdən çəkinmirik. Bizim üçün Ukrayna çempionatı daha vacibdi. Əlbəttə, Avroliqada da mərhələ keçmək istəyərdik. Amma ölkə çempionatını daha üstün tuturuq”.
Qeyd edək ki, “Dnepr” – “Qarabağ” matçı oktyabrın 23-də Kiyevdə baş tutacaq. Qarşılaşma Bakı vaxtilə saat 00:05-də start götürəcək.
Mənbə: Apasport.az
saytlarin hazirlanmasi