Ukraynaya qola düşüb
Avropa Liqasının III turunda "Dnepr”in qonağı olacaq "Qarabağ" Bakıda sonuncu məşqinə çıxıb.
Sportal.az xəbər verir ki, ."Qarabağ" bu gün səhər Bakı – Kiyev reysi ilə Ukraynaya yola düşüb. Komandanın uçuşu təxminən 4 saatı əhatə edəcək.
"Qarabağ” səfərə tam heyətlə yollanır. Sadəcə, zədəli Çumbinyo Bakıda müalicəsini davam etdirəcək. Qeyd edək ki, komandanın baş məşqçisi Qurban Qurbanov oyunun keçiriləcəyi Olimpiya stadionun mətbuat zalında media nümayəndələrinin suallarını cavablandıracaq. Mətbuat konfransı yerli vaxtla 18:45-də (Bakı vaxtı ilə saat 20:45) başlayacaq.
Qeyd edək ki, "Dnepr" - "Qarabağ" matçı oktyabrın 23-ü saat 00:05-də start götürəcək.
saytlarin hazirlanmasi