"Qarabağ"ın istədiyi bolqar VİDEO

15:45 - 23 Oktyabr 2014

Yarımmüdafiəçi Ağdam klubuna keçə bilər

 

Bolqarıstanın “Botev“ klubunun yarımmüdafiəçisi Marian Oqnyanov karyerasını Azərbaycanda davam etdirə bilər.

 

Sportal.az Gustosport” saytına istinadən xəbər verir ki, onun xidmətində "Qarabağ" maraqlıdı.

 

Marian Oqnyanov 1988--ci ildə Bolqarıstanın Lom şəhərində dünyaya gəlib. Peşəkar karyerasına "Levski"də başlayan 26 yaşlı yarımmüdafiəçi 2004-2011-ci illərdə bu komandada 89 oyun keçirib və 9 qol vurub. O. 2009-cu ildə "Belasitsa"ya icarəyə verilib (13 oyun, 3 qol). 2012-ci ildə "Botev"ə keçən Marian indiyədək 98 oyunda meydana çıxaraq 12 qola imza atıb.

 

2008-2009-cu illərdə Bolqarıstanın U-21 yığmasına dəvət alan yarımmüdafiəçi 2013-cü ildə A milliyə dəvət alıb. O, həmin ilin 15 avqustunda Makedoniya ilə yoxlama oyununda meydana çıxıb.

 

Xəbər xətti