Ardıcıl 5-ci qələbə
Azərbaycan Premyer Liqasında mövsümün ən uzun qələbə seriyası 5-ə çatıb.
Sportal.az xəbər verir ki, çempionatın lideri son turda “Qarabağ” “Xəzər Lənkəran”ı 3:2 hesabı ilə məğlub edib.
Bununla da Ağdam təmsilçisinin qələbələrinin sayı 5-ə yüksəlib. AZAL (3:0), “Simurq” (1:0), “Neftçi” (3:1), “Qəbələ” (2:0) ilə oyunların ardından son çempion “Qarabağ” Lənkəran təmsilçisinə də qalib gəlib. Bu 5 görüşdə 12 qol vuran Qurban Qurbanovun yetirmələri cəmi 3 top buraxıb.
Qeyd edək ki, ölkə çempionatları tarixində 16-cı dəfə 5 və daha çox qələbəni sıralayan Ağdam təmsilçisinin mütləq rekordu 9-a bərabərdir. 2010/11 mövsümündə ardıcıl 9 qələbə qazanan “Qarabağ” çempion olduğu ötən mövsümdə 7 görüşdə 3 xal qazansa da, seriyası qırılmışdı.
saytlarin hazirlanmasi