"Qarabağ" - "Dnepr" matçı polşalıya tapşırıldı

14:50 - 3 Noyabr 2014

Hakimlər bəlli oldu

 

UEFA Avropa Liqasının qrup mərhələsində noyabrın 6-da keçiriləcək "Qarabağ" - "Dnepr" matçının hakimləri müəyyənləşib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu qarşılaşma polşalı hakimlər briqadasına tapşırılıb.

 

Görüşün baş hakimi Pavel Gil olacaq. Ona Pyotr Sadçuk və Marçin Borkovski köməklik edəcək. Konrad Sapela isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

 

Qeyd edək ki, "Qarabağ" - "Dnepr" matçı noyabrın 6-da, saat 21:00-da başlayacaq.

Xəbər xətti