Mətbuat konfranslarının vaxtı müəyyənləşdi
“Qarabağ” Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki növbəti (4-cü tur) matçında Ukrayna "Dnepr"i ilə üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçdan bir gün əvvəl həmin arenada komandaların mətbuat konfransı və oyunöncəsi son məşqi baş tutacaq.
Belə ki, "Dnepr"in oyunqabağı sonuncu məşqi saat 18:00-da olacaq. Qonaq komandanın baş məşqçisi Miron Markeviç isə media mənsublarının önünə 17:30-da çıxacaq. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oyunöncəsi mətbuat konfransı saat 19:00-da, məşqi isə 19:30-da olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Dnepr" görüşü noyanrın 6-da saat 21:00-da baş tutacaq.