Klubdan daha bir yenilik
Sabah Avropa Liqasının qrup mərhələsinin IV turunda doğma meydanda "Dnerp"lə qarşılaşacaq "Qarabağ" klubunun rəhbərliyi bir sıra yeniliklərlə azarkeşlərini sevindirəcək.
Sportal.az-ın klubun rəsmi "facebook" sahifəsinə istinadən verdiyi məlumata görə, bu yeniliklərdən biri azarkeşlərin oyuna daxil olarkən üzlərini "Qarabağ"ın bayrağ rənglərinə və ya istədiyi rənglərə boyanması olacaq.
Stadionun ətrafında 5 nöqtədə azarkeşlərə bu xidmət göstəriləcək.
Qeyd edək ki, noyabrın 6-da keçiriləcək "Qarabağ" - "Dnepr" oyunu saat 21:00-da başlayacaq.