250-ci matçı
Premyer Liqanın XV turu Azərbaycan millisinin sabiq futbolçusu Aleksandr Çertoqanov üçün əlamətdar olub.
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ölkə çempionatında 250-ci matçına çıxıb. Hazırda “Sumqayıt”ın şərəfini qoruyan milliləşən legioner Azərbaycan çempionatları tarixində 250 və daha çox oyun keçirən 41-ci futbolçu olub. Ukraynalı bu qədər çox oyun keçirən ilk legioner kimi də tarixə düşüb.
Yubileyi “Simurq”la qarşılaşmaya təsadüf edən yarımmüdafiəçi Premyer Liqada 2004/05 mövsümündə debüt edib. 250-yə 11-ci mövsümündə, 6-cı klubla çatan Çertoqanov bu görüşlərdə 6 qol vurub.
| Mövsüm | klub | oyun | qol | 
| 2004/05 | Bakı | 24 | 2 | 
| 2005/06 | Neftçi (Bakı) | 25 | |
| 2006/07 | Neftçi (Bakı) | 19 | |
| 2007/08 | Neftçi (Bakı) | 22 | |
| 2008/09 | Simurq (Zaqatala) | 9 | |
| 2008/09 | Neftçi (Bakı) | 6 | |
| 2009/10 | İnter (Bakı) | 25 | |
| 2010/11 | İnter (Bakı) | 29 | 1 | 
| 2011/12 | Qəbələ | 28 | 2 | 
| 2012/13 | Qəbələ | 21 | 1 | 
| 2013/14 | Sumqayıt | 31 | |
| 2014/15 | Sumqayıt | 11 | |
| 11 mövsüm | 6 klub | 250 oyun | 6 qol | 
Qeyd edək ki, Azərbaycan çempionatlarının oyun sayında rekordçusu Mahmud Qurbanovdur. Onun hesabında 421 matç var.
saytlarin hazirlanmasi 
      
                    