"Manisaspor" doğma meydanda sevindi
Futbol üzrə Türkiyə Kubokunun qrup mərhələsində ikinci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor" da növbəti matçına çıxıb.
Komanda doğma meydanda "Keçiörengücü" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Subaşiçin adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Manisaspor" kubokda keçirdiyi əvvəlki oyunda mğlub olub.