Türkiyə Superliqası: "Qalatasaray" sevindi, "Sivasspor" üzüldü

00:15 - 21 Dekabr 2014

"Cim Bom" əzəli rəqibini taxdan saldı
 
Türkiyə Superliqasında 14-cü turun oyunlarına start verilib.
 
Sportal.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Fənərbaxça” səfərdə “Kayseri Ərciyəsspor”un qonağı olub. 86-cı dəqiqədə Əmrə Bələzoğlunun penaltidən vurduğu qolla istanbullular rəqibinə minimal hesabla qalib gəlib. 
 
Əzəli rəqibindən geri qalmayan “Qaltasaray” isə evdə “Mersin İdmanyurdu”nu sınağa çəkib. “Sarı-qırmızılılar” hesabda iki dəfə geri düşməsinə baxmayaraq, sonda qələbəni bayram ediblər. İstanbul nəhənginin qələbə topuna Umut Bulut imza atıb.    
 
 
Türkiyə Superliqası 14-cü tur
 
19 dekabr
 
"Kayseri Ərciyəsspor" – "Fənərbaxça"  0:1
Qol: Əmrə, 86-pen.
 
20 dekabr
 
“Gənclərbirliyi” – “Konyaspor”  5:0
Qollar: Stanku, 44, Koçer, 62, Petroviç, 67, İrfan Kahveci, 75, Artun Akçakın, 90
 
“Sivasspor” – “Başakşəhər”  0:2
Qollar: Epureanu, 36. Perbet, 85
 
“Əskişəhərspor” – “Karabükspor”  1:1
Qollar: Kausik, 62 - Kumbela, 69
 
“Qalatasaray” – “Mersin İdmanyurdu”  3:2
Qollar: Varol, 19-öz qapısına, Burak, 55-pen, Umut, 79 - Varol, 9, Mitroviç, 26-pen
 
21 dekabr
 
15:30 “Balıkesirspor” – “Kasımpaşa”
18:00 “Bursaspor” – “Trabzonspor”
21:00 “Beşiktaş” – “Akhisar”
 
22 dekabr
 
21:00 “Çaykur Rizəspor” – “Qaziantepspor”

Xəbər xətti