"Qalatasaray"ın futbolçusu xəstəxanalıq oldu FOTO

11:45 - 21 Dekabr 2014

Müdafiəçi sıradan çıxıb

 

Türkiyənin "Qalatasaray" klubu ciddi itkiyə məruz qalıb.

 

Sportal.az xəbər verir ki, komandanın aparıcı futbolçularından sayılan Semih Kaya Türkiyə Superliqasının 14-cü turunda keçirilən "Qalatasaray" - "Mersin İdman Yurdu" (3:2) matçında zədələnib.

 

Matçın 35-ci dəqiqəsində başından zədə alan 23 yaşlı müdafiəçi əvəzlənib və dərhal xəstəxanaya aparılıb. Semihin yaşıl meydanlara nə vaxt dönəcəyi məlum deyil.

 

Xəbər xətti