Türkiyə Superliqası: “Beşiktaş” "Akhisar"a qalib gəlib yenidən lider oldu

01:00 - 22 Dekabr 2014

“Trabzonspor”u Akbaş xilas etdi
 
Türkiyə Superliqasında 14-cü turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, ilk oyun günündə “Fənərbaxça” “Kayseri Ərciyəsspor”un qonağı olub. 86-cı dəqiqədə Əmrə Bələzoğlunun penaltidən vurduğu qolla istanbullular minimal hesabla qalib gəlib. 
 
Əzəli rəqibindən geri qalmayan “Qaltasaray” evdə “Mersin İdmanyurdu”nu sınağa çəkib. “Sarı-qırmızılılar” hesabda iki dəfə geri düşməsinə baxmayaraq, sonda qələbə qazanıblar. İstanbul nəhənginin qələbə topuna Umut Bulut imza atıb.
 
Turun ən maraqlı oyunu Bursada baş tutub. “Bursaspor” doğma publika önündə “Trabzospor”la üz-üzə gəlib. İki dəfə hesabda üstünlük qazanan bursalılar matçın başa çatmasına 10 dəqiqə qalmış qələbəni əldən veriblər. Qara dəniz təmsilçisini məğlubiyyətdən Akbaşın qolu xilas edib.
 
“Beşiktaş” doğma divarlar arxasında “Akhisar”ı sınağa çəkib. “Qara qartallar” rəqibini 3:1 hesabı ilə məğlub edərək yenidən liderliyə yüksəlib.     
    
 
 
Türkiyə Superliqası 14-cü tur
 
19 dekabr
 
"Kayseri Ərciyəsspor" – "Fənərbaxça"  0:1
Qol: Əmrə, 86-pen.
 
20 dekabr
 
“Gənclərbirliyi” – “Konyaspor”  5:0
Qollar: Stanku, 44, Koçer, 62, Petroviç, 67, İrfan Kahveci, 75, Artun Akçakın, 90
 
“Sivasspor” – “Başakşəhər”  0:2
Qollar: Epureanu, 36. Perbet, 85
 
“Əskişəhərspor” – “Karabükspor”  1:1
Qollar: Kausik, 62 - Kumbela, 69
 
“Qalatasaray” – “Mersin İdmanyurdu”  3:2
Qollar: Varol, 19-öz qapısına, Burak, 55-pen, Umut, 79 - Varol, 9, Mitroviç, 26-pen
 
21 dekabr
 
“Balıkesirspor” – “Kasımpaşa”  5:3
Qollar: Ünal, 50, Çəlık, 53, 90+5, Yıldırım, 63, Öztürk, 78 – Skarione, 8, Torun, 54, Donk, 80
 
“Bursaspor” – “Trabzonspor”  3:3
Qollar: Fernandao, 23-pen, Tufan, 29, Volkan Şən, 53 – Özər, 15, Ərdoğan, 45, Akbas, 80
 
“Beşiktaş” – “Akhisar”  3:1
Qollar: Cenk Tosun, 24, Sosa, 68, Gölhan Töre, 90+3 - Bilal Kısa, 75 
 
22 dekabr
 
21:00 “Çaykur Rizəspor” – “Qaziantepspor”
 

Xəbər xətti