“Qaziantep BB” futbolçuyla müqaviləni razılıq əsasında pozdu
Milli komandamızın üzvü Rəhman Hacıyev “Qaziantep BB”dən gedib.
Sportal.az xəbər verir ki, bu haqda Türkiyə klubunun baş məşqçisi Hakan Kutlu yerli mətbuta deyib.
Qaziantep təmsilçisinin çalışdırıcısı bildirib ki, II dövrədə daha güclü heyət qurmaq üçün bir neçə futbolçunu komandadan göndərəcək. Kutlunun qara siyahısının ilk pilləsində həmyerlimizin adı olduğu üçün PPT I liqa təmsilçisi Hacıyevlə yollarını ayırıb. Hər iki tərəf müqaviləni qarşılıqlı razılıq əsasında pozub.
Yığma komandamızın digər üzvləri Vaqif Cavadovla Ufuk Budak da “Qaziantep BB”də forma geyinir. “Bakı”ya məxsus olan Rəhman Hacıyev “Qaziantep BB”də icarə əsasında çıxış edirdi. 21 yaşlı futbolçu Türkiyə klubu ilə 1 illik müqavilə imzalamışdı.
saytlarin hazirlanmasi