Türkiyə kuboku: "Qalatasaray" sevindi, "Fənərbaxça" üzüldü

00:45 - 24 Dekabr 2014

Kubokda 3-cü tura start verildi 
 
Türkiyə ölkə kubokunun qrup mərhələsində 3-cü  turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma baş tutub. G qrupunda yer alan “Qalatasaray” “Diyarbəkir BB”nin qonağı olub. İstanbul təmsilçisi rəqibinə 4:1 hesabı ilə qalib gəlib.
 
“Fənərbaxça” isə doğma publika önündə “Altınordu” ilə qarşılaşıb. Qonaq komanda hesabda öndə olsa da, bu üstünlüyünü sona qədər qoruya bilməyib. 81-ci dəqiqədə Dieqo istanbulluları məğlubiyyətdən xilas edib.
 
 
Türkiyə kuboku qrup mərhələsi, 3-cü tur
 
 
C qrupu
 
“Karagümrük” – “Mersin İdmanyurdu”  1:0
Qol: Aktas, 26
 
 
E qrupu
 
“Fənərbaxça” – “Altınordu”  1:1
Qollar: Dieqo, 81 - Balçı, 50
 
D qrupu
 
“Ankaragücü” – “Karabükspor”  0:3
Qollar: Kocaklı, 1, Ozkan, 13, Akgün, 28
 
H qrupu
 
“Girəsunspor” – “Gənclərbirliyi”  2:2
Qollar: Muriqi, 18, Aktas, 30 - Celik, 71, Kahveci, 86
 
G qrupu
 
“Diyarbəkir BB” – “Qalatasaray”  1:4
Qollar: Koç, 43 - Pandev, 31, Bruma, 69, Adin, 81, Kurtuluş, 84

Xəbər xətti